Rusiya XİN: Seçki kampaniyasına digər ölkələrin destruktiv müdaxiləsinin qarşısı sərt alınacaq

Rusiya XİN: Seçki kampaniyasına digər ölkələrin destruktiv müdaxiləsinin qarşısı sərt alınacaq
# 25 yanvar 2018 16:00 (UTC +04:00)

"Rusiyada seçki kampaniyasına digər ölkələrin destruktiv müdaxiləsinin qarşısı sərt alınacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Bir sıra ölkələrin prezident seçkiləri kontekstində Rusiyanın daxili işlərinə destruktiv müdaxilə etmək planları ilə bağlı məlumatlarımız var. Bir daha xatırlatmaq istəyirəm ki, bu cür cəhdlərin qarşısı sərt şəkildə alınacaq. Əgər bu cəhdlərə son qoyulmasa, müvafiq cavab tədbirləri görmək, əldə olan məlumatları ictimailəşdirmək məcburiyyətində qalacağıq”, - deyə M. Zaxarova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR