ABŞ istəyir ki, Çin də müharibəni pisləməkdə iştirak etsin və Ukraynaya hərbi yardım göstərsin.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Biz istərdik ki, Çin bu işğalı qınamaq üçün dünyanın qalan hissəsinə qoşulsun və Rusiyanın bu müharibəni davam etdirməsinə kömək etmək üçün heç bir iş görməsin” deyən Kirbi ABŞ-ın ÇXR-in Kiyevə kömək etmək üçün atdığı addımları görməkdən şad olacağını bildirib.
O, həmçinin Çinə Rusiya Federasiyasına hərbi yardım göstərməməsi barədə xəbərdarlıq edib.