Ağ Ev: ABŞ martın 7-də Rusiyaya terror hücumu təhlükəsi ilə bağlı dəqiq və ətraflı məlumat ötürüb

Ağ Ev: ABŞ martın 7-də Rusiyaya terror hücumu təhlükəsi ilə bağlı dəqiq və ətraflı məlumat ötürüb
# 28 mart 2024 20:38 (UTC +04:00)

Martın 7-də səhər saatlarında ABŞ yazılı şəkildə Rusiyaya terror təhlükəsi ilə bağlı dəqiq və ətraflı məlumat ötürüb.

APA xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi Con Kirbi bildirib.

“Martın 7-də Moskva vaxtı ilə saat 11:15-də biz adi prosedurlara uyğun olaraq və ABŞ-nin əvvəlki hökumətinin dəfələrlə istifadə etdiyi kanallar vasitəsilə Rusiya xüsusi xidmət orqanlarına dəqiq və ətraflı yazılı xəbərdarlıq göndərmişdik”, - Kirbi vurğulaıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR