Bank Of Baku

Ağ Ev: ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır

Ağ Ev: ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır
# 03 fevral 2022 02:17 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları administrasiyası təhlükəsizliklə bağlı məsələlərdə Rusiya tərəfi ilə konstruktiv diplomatik əməkdaşlığa sadiqdir.

APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Enn Nyuberqer bildirib.

"Biz diplomatiyaya sadiqik. Rusiya hakimiyyəti ilə dialoqa, onların narahatlığını dinləməyə hazırıq” deyə o bildirib.

Nybergerin sözlərinə görə, Ukrayna ətrafında yaranmış hazırkı vəziyyətdə səbəbkar Rusiyadır.

Qeyd edək ki, son zamanlar qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR