Bank Of Baku

Ağ Ev AUKUS üçtərəfli razılaşmasını ilin uğuru hesab edir

Cen Psaki

© APA | Cen Psaki

# 17 dekabr 2021 00:30 (UTC +04:00)

Ağ Evin sözçüsü Cen Psaki “Twitter” səhifəsində administrasiyanın il ərzində əldə etdiyi üç əsas xarici siyasət uğurunu sadalayıb.

APA-nın məlumatına görə, Psaki Böyük Britaniya və Avstraliya ilə üçtərəfli müdafiə sazişini ilin ən böyük uğurlarından biri adlandırıb.

Onun fikrincə, bu nailiyyətlərdən biri ABŞ-ın beynəlxalq təşkilatlarda aparıcı rolunun bərpası və dövrün ən ciddi problemlərinin həllində irəliləyişə nail olmaq üçün dünya liderlərinin birləşməsi olub: “İkinci uğur ittifaqların bərpası, o cümlədən Avropa ilə ticarət mübahisələrinin həllidir”.

Psaki əlavə edib ki, ABŞ müdafiə məsələlərində Hind-Sakit okean regionunda müttəfiqləri ilə getdikcə daha çox əməkdaşlıq edir: “Hind-Sakit okean regionunda biz AUKUS kimi yeni platformalar hazırlamışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR