Manat lirə və rubla qarşı 1% bahalaşıb

Manat lirə və rubla qarşı 1% bahalaşıb
# 07 noyabr 2016 06:34 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.


AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 4-ü ilə müqayisədə dəyişməyərək 1,6596 manat səviyyəsində qalıb.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,2% zəifləyərək 1,8377 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,15% ucuzlaşaraq 0,0258 manat səviyyəsinə çatıb.

Türkiyə lirəsinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,5255 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0674 manatdır. Beləliklə, funt sterlinq 0,06%-lik azalma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,75% möhkəmlənərək 0,6839 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR