ABŞ Hava Qüvvələri 10-25 iyun tarixləri arasında Alyaskada "Red Flag Alaska 21-2” şərti adı altında hərbi təlim keçirməyi planlaşdırır.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Sakit Okean Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Real döyüş şəraitinə uyğun şəkildə keçiriləcək təlimlərə 100-dən çox hərbi təyyarə cəlb olunacaq.
Bildirilib ki, Yaponiya və Cənubi Koreya pilotlarının da qatılacağı təlimdə 1,5 minə yaxın şəxsi heyət iştirak edəcək. Birgə təlimlərin keçirilməsində məqsəd taktiki-texniki təcrübə mübadiləsinin mənimsənilməsidir.