Bank Of Baku

Amerikalılara Belarusu dərhal tərk etmək tövsiyə edilib

Amerikalılara Belarusu dərhal tərk etmək tövsiyə edilib
# 15 fevral 2022 07:00 (UTC +04:00)

ABŞ hakimiyyəti Ukrayna ətrafında yaranmış vəziyyəti nəzərə alaraq vətəndaşlarına Belarusu və tanınmamış Dnestryanı ərazisini dərhal tərk etməyi tövsiyə edib.

APA xəbər verir ki, bu, Dövlət Departamentinin yaydığı bəyanatlarda yer alıb.

“Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməli və ölkəyə səfər etməkdən çəkinməlidirlər”,-deyə qeyd olunub.

Digər bir bəyanatda isə amerikalılara Moldovaya səfər etməmək tövsiyə olunur. Bundan əlavə, izah edilir ki, Dnestryanıdakı ABŞ vətəndaşları dərhal bu ərazini tərk etməlidirlər.

Bütün bu bəyanatlara səbəb Rusiyanın Ukrayna ətrafındakı hərbi fəaliyyətidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR