Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin iclası keçirilib

Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin iclası keçirilib
# 14 oktyabr 2016 15:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitənin dördüncü iclası keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Milli Elmlər Akademiyasının əməkdaşları və Avropa İttifaqının (Aİ) nümayəndə heyəti iştirak edib.

Bir gün ərzində keçirilən iclas zamanı təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verib. Aİ-nin nümayəndə heyəti isə bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişikləri təqdimat edib.

İclasın gedişində iki tərəf arasında əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR