Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb
# 28 avqust 2017 10:24 (UTC +04:00)

Xaçmaz rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 26-da saat 20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində Ləcət kənd sakini Etibar Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Şollar kənd sakini Ağadayı Cəbrayılovu vurub.

Velosipedçi xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR