Bank Of Baku

 AP: ABŞ Kiyevdəki səfirliyini evakuasiya etməyə hazırlaşır

 AP: ABŞ Kiyevdəki səfirliyini evakuasiya etməyə hazırlaşır
# 12 fevral 2022 10:42 (UTC +04:00)

ABŞ Kiyevdəki səfirliyini evakuasiya etməyə hazırlaşır.

APA-nın AP-ya istinadən verdiyi xəbərə görə, ABŞ rəsmiləri bildiriblər ki, Dövlət Departamenti bu gün səhər saatlarında bunu elan etməyi planlaşdırır.

Bildirilib ki, səfirliyin az sayda işçisi Kiyevdə qala bilər, lakin səfirlikdəki 200-ə yaxın amerikalının böyük əksəriyyəti Ukraynanın qərbinə, Polşa sərhədinə yaxın əraziyə köçürüləcək.

Dövlət Departamenti bu barədə şərh verməyib.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti səfirlik işçilərinin ailələrinin Ukraynanı tərk etməsi barədə xəbərdarlıq etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR