Bank Of Baku

Argentina HAMAS-ı terror təşkilatlarının siyahısına daxil etməyə hazırlaşır

Argentina HAMAS-ı terror təşkilatlarının siyahısına daxil etməyə hazırlaşır
# 24 dekabr 2023 10:20 (UTC +04:00)

Argentinanın yeni hökuməti Fələstinin HAMAS Hərəkatını terror təşkilatlarının siyahısına daxil etməyi nəzərdə tutan sənəd hazırlayır.

APA-nın xəbərinə görə, bunu Argentina Prezidenti Xavyer Miley X sosial şəbəkəsində paylaşımında bildirib.

Xavyer Miley qeyd edib ki, Argentinada yəhudilərin yeni il arzusu HAMAS-ın terror təşkilatlarının siyahısına salınmasıdır.

Qeyd edək ki, dekabrın 10-da səlahiyyətlərinin icrasına başlayan Xavyer Miley dəfələrlə bəyan edib ki, ABŞ və İsraillə müttəfiqliyi prioritet sayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR