Bank Of Baku

Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
# 05 sentyabr 2026 08:44 (UTC +04:00)

Argentina hakimiyyəti mübahisəli Malvin (Folklend) adalarının yaxınlığında neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

APA xəbər verir ki, sanksiyalara neft yataqlarını işlədən şirkətlərin səhmdarları və onlara xidmət göstərən hüquqi şəxslər də daxil edilib.

Argentina hökuməti bildirib ki, bu addım ölkənin Malvin adaları üzərində suverenliyindən imtina etmədiyini göstərir.

Qərar Britaniyanın “Rockhopper Exploration” və İsrailin “Navitas Petroleum” şirkətlərinin adaların yaxınlığında neft yataqlarının işlənməsi layihəsinə başlamasına hazırlıq fonunda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR