Bank Of Baku

Argentinanın paytaxtında Mileyin siyasətinə qarşı etiraz aksiyası keçirilir

Argentinanın paytaxtında Mileyin siyasətinə qarşı etiraz aksiyası keçirilir
# 21 dekabr 2023 02:22 (UTC +04:00)

Argentinada yeni seçilmiş prezident Xavyer Mileyin siyasətinə qarşı çıxan insanlar paytaxt Buenos-Ayresin mərkəzinə toplaşıb.

APA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunub ki, mərkəzdə vəziyyət sakitdir, polislə toqquşma yoxdur.

Etirazçılar nəqliyyatın hərəkətinə mane olmur, səkilərdə hüquq-mühafizə orqanlarının əməkdaşları növbətçilik edirlər.

Ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriç bildirib ki, hakimiyyət mitinqlər zamanı yolların bağlanmasına sərt reaksiya verəcək.

Etirazçılar polisin müşayiəti ilə prezident sarayına doğru yürüş edib.

Miley ilk fərmanı ilə Argentinada nazirliklərin sayını 19-dan 9-a endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR