Bank Of Baku

Arnold Şvartsenegger prezidentlik yarışında Kamala Harrisi dəstəkləyib

Arnold Şvartsenegger prezidentlik yarışında Kamala Harrisi dəstəkləyib
# 31 oktyabr 2024 03:47 (UTC +04:00)

Tanınmış aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvarsenegger Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

APA xəbər verir ki, bu haqda o “X” hesabında yazıb.

“Mən başa düşürəm ki, insanlar mənim fikrimi eşitmək istəyirlər, çünki mən təkcə məşhur bir insan deyiləm, həm də keçmiş Respublikaçı qubernatoram. Ona görə də Kamala Harrisə və vitse-prezidentliyə namizəd Tim Valsa səs verirəm”, - deyə o bildirib.

Şvarzenegger bundan əvvəl miqrasiya böhranı səbəbilə ABŞ-ı bütün dünya üçün zibil qutusu adlandıran Respublikaçılar Partiyasının namizədi Donald Trampı tənqid etmişdi.

Onun fikrincə, Tramp amerikalıların problemlərini həll etməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR