Atlantik okeanında, Cənubi Sandviç adalarında 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri ən yaxın yaşayış məntəqəsindən 2,4 min km məsafədə olub. Təbiət hadisəsinin ocağı 78 km dərinlikdə yerləşib.
Qeyd edək ki, hadisə ilə bağlı sunaminin gözlənilmədiyi deyilib.