ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İsrail qoşunlarını Livan və Suriyadan çıxarmağa çağırıb.
Bu barədə "Axios" portalı ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp bu mövqeyini iyulun 9-da Netanyahu ilə telefon danışığı zamanı çatdırıb.
Portalın yazdığına görə, ABŞ Prezidenti İsrailin Suriyadakı hərbi mövcudluğunun gərginliyi artırdığını və vəziyyətin eskalasiyasına səbəb ola biləcəyini bildirib.
“Onlar sizi orada istəmirlər. Qoşunlarınızı geri çəkməlisiniz”, - deyə Tramp Netanyahuya bildirib.
"Axios"un məlumatına görə, Tramp eyni çağırışı Livandakı İsrail hərbi qüvvələrinə münasibətdə də səsləndirib.