Bank Of Baku

Türkiyə Husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib

Türkiyə Husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib
# 14 iyul 2026 23:31 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Husilərin Səudiyyə Ərəbistanının cənub bölgəsinə həyata keçirdiyi raket hücumunu qətiyyətlə pisləyib.

APA-nın Türkiyə bürsou xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilib ki, Səudiyyə Ərəbistanının suverenliyi və ərazi bütövlüyünü pozan, eyni zamanda regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan bu hücum qəbuledilməzdir.

Nazirlik Türkiyənin Səudiyyə Ərəbistanı ilə tam həmrəylik nümayiş etdirdiyini bir daha vurğulayıb.

Bəyanatda, həmçinin bölgədə gərginliyi daha da artıracaq addımlardan çəkinməyə çağırış edilərək, regional sülh və sabitliyin qorunmasının vacibliyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR