Bank Of Baku

Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 14 iyul 2026 20:53 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazından keçən gəmilərdən heç kim ödəniş almamalıdır.

APA xəbər verir ki, bu barədə o, İraqın Baş naziri Əli əz-Zeydi ilə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

Tramp ABŞ-ın Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına görə ödəniş alınması ideyasından imtina etməsini şərh edərkən bildirib ki, heç kimin bu və ya digər boğazdan keçidə görə ödəniş tələb etmək hüququ olmamalıdır.

“Heç kim Hörmüz boğazından və ya hər hansı digər boğazdan keçidə görə ödəniş tələb edə bilməməlidir. Hesab etmirəm ki, kimsənin belə bir imkanı olmalıdır. Biz bunu yalnız çəkdiyimiz xərclərin kompensasiyası kimi nəzərdə tutmuşduq”, - deyə ABŞ Prezidenti bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR