IDEA-nın “Eko-skaut” layihəsi uğurla davam edir - FOTOSESSİYA

IDEA-nın “Eko-skaut” layihəsi uğurla davam edir - <span style="color: red;">FOTOSESSİYA
# 27 iyul 2017 10:25 (UTC +04:00)

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.

İctimai Birlikdən APA-ya verilən xəbərə görə, qısa müddət ərzində sayları 150-yə çatan IDEA eko-skautlarının yeni üzvləri ilə 26 iyul tarixində IDEA Resurs Mərkəzində görüş keçirilib.

Layihəyə martın 27-də start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. IDEA eko-skaut layihəsi gənclərə planet üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

Qeyd edək ki, kluba qoşulmaq üçün müraciət edən gənclərə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı verilib. Yeni qoşulan üzvlər “Gənc ekoloq” statusu altında ətraf mühitə faydalı işlərlə məşğul olaraq ballar yığıb statuslarını artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan eko-skautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.

Görüşün sonunda IDEA eko-skaut layihəsinə qoşulmaq üçün könüllü olaraq müraciət etmiş yeni üzvlər birgə “eko-skaut andı” içiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR