Beş rayonda qızıl və digər filiz yataqlarının axtarışı aparılır

Beş rayonda qızıl və digər filiz yataqlarının axtarışı aparılır
# 07 dekabr 2016 12:40 (UTC +04:00)

Hazırda Qusar, Goranboy, Şəki, Gədəbəy və Göygöl rayonları ərazisində qızıl və digər filiz yataqlarının axtarış işləri aparılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Köklü qızıl yataqlarının axtarışı Kiçik Qafqaz və Naxçıvan MR-da aparılıb. Səpinti qızıl yataqlarının axtarışı isə yalnız Naxçıvan MR-nın Ərəfsə, Camaldin, Qaradərə və Xoşkeşin sahələrində yerinə yetirilib. Nəticədə Xoşkeşin sahəsində səpinti qızılın ehtiyatları C2, Ərəfsə və Camaldin sahələrində isə səpinti qızılın resursları P1 kateqoriyası ilə hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR