Dövlət Departamenti Rusiya səfirinin qətli ilə əlaqəli olduğunu inkar edib

Dövlət Departamenti Rusiya səfirinin qətli ilə əlaqəli olduğunu inkar edib
# 21 dekabr 2016 03:10 (UTC +04:00)

ABŞ-ın Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə heç bir əlaqəsi yoxdur, cinayətin motivləri ilə bağlı nəticə çıxarmaq isə hələ çox tezdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

“Dövlət katibi Türkiyə XİN rəhbəri ilə danışıqları zamanı Fətullah Gülənin burada olması ilə əlaqədar ABŞ-ın iyrənc qətllə guya əlaqəli olmasına dair səslənən ritorika ilə bağlı narahatlığını ifadə edib”, - deyə Kirbi bildirib.

Onun sözlərinə görə, bu cür ittihamlar tamamilə yalandır və heç bir həqiqətə əsaslanmır.

Kirbi bir daha qeyd edib ki, istintaq başa çatmayanadək cinayətin motivləri ilə bağlı nəticə çıxarmaq tezdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR