Azərbaycanda ötən il hüquq pozmalara görə 330 polis cəzalandırılıb

Azərbaycanda ötən il hüquq pozmalara görə 330 polis cəzalandırılıb
# 27 fevral 2017 07:15 (UTC +04:00)

Azərbaycanda ötən il ərzində vətəndaşlarla kobud rəftara, polisə əsassız gətirmə və saxlamaya, əsassız cinayət məsuliyyətinə cəlb etməyə və sair əməllərə görə 330 polis əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2016-cı il üzrə illik hesabatında qeyd olunub.

Bunlardan 74-ü vətəndaşlarla kobud rəftar etmə, 47-si polisə əsassız gətirmə və saxlama, 64-ü sürücülərin hüquqlarının pozulması, 9-u əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 2-si qanunsuz axtarış, 54-ü isə digər faktlarla bağlı olub.

Onlardan 44-ü daxili işlər orqanlarında xidmətdən xaric edilib, 31-i tutduğu vəzifədən azad olunub, 255 əməkdaş barəsində digər intizam tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR