Şəkidə 31 yaşlı kişi sirkə turşusundan zəhərlənib

Şəkidə 31 yaşlı kişi sirkə turşusundan zəhərlənib
# 24 yanvar 2018 13:17 (UTC +04:00)

Şəkidə zəhərlənmı faktı olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhərində yaşayan 1987-ci il təvəllüdlü E.R. zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.


MRX-dan APA-ya bildirilib ki, E. R. sirkə turşusundan zəhərlənib.

Onun vəziyyəti ağır olduğu üçün müalicəsini davam etdirmək məqsədilə Respublika Toksikologiya Mərkəzinə göndəriləcək.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

E.R.-nin Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR