Odessada atışmada yaralanan polis əməkdaşı ölüb - YENİLƏNİB

Odessada atışmada yaralanan polis əməkdaşı ölüb - <span style="color: red;">YENİLƏNİB
# 19 yanvar 2018 20:34 (UTC +04:00)

Ukraynanın Odessa şəhərində baş verən atışma nəticəsində yaralanan polis əməkdaşlarından biri xəstəxanada ölüb.

APA-nın xəbərinə görə, bu barədə Odessa vilayəti polis idarəsinin nümayəndəsi Ruslan Forostyak özünün “Facebook” səhifəsində yazıb.

“Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 30 yaşlı polis əməkdaşı dünyasını dəyişdi”, R.Forostyak yazıb.

Bu gün Odessanın mərkəzində atışma baş verib. Hadisə nəticəsində 3 polis əməkdaşı yaralanıb, hücum edən şəxs məhv edilib.

***

19:04

Ukraynanın Odessa şəhərinin mərkəzində atışma baş verib, hücum edən şəxs ölüb.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə polisin yaralandığı bildirilir. Odessa vilayətinin Milli Polis Şöbəsinin baş idarəsindən bildiriblər ki, atışma bu gün səhər saatlarında baş verib.

“112 Ukrayna”nın verdiyi məlumata əsasən polisin Primorsk rayon üzrə sahə müfəttişinin iştirakı ilə əməliyyatçılar uzun illər axtarışda olan cinayətkarın gizləndiyi evə gəliblər. Lakin o, odlu silahla müqavimət göstərib və sahə müvəkkilini yaralayıb. Polis əməkdaşları silaha əl atıblar və hadisəni törədən şəxs ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR