İspaniyanın “Atletik” klubunun futbolçusu xərçəng xəstəliyinə tutulub

İspaniyanın “Atletik” klubunun futbolçusu xərçəng xəstəliyinə tutulub
# 23 dekabr 2016 19:36 (UTC +04:00)

La Liqada mübarizə aparan “Atletik” bu gün şok xəbərlə sarsılıb.

Apasport.az saytının məlumatına görə, klub prezidenti Xose Urrutia mətbuat konfransında 21 yaşındakı müdafiəçi Yeray Alvarezin xərçəng xəstəliyinə tutulduğunu bildirib.

Həkimlərin diaqnozuna görə, onun testi xərçəngi olduğu, ancaq vəziyyətinin ölümcül olmadığı bildirilib. Alvarez önümüzdəki həftənin çərşənbə axşamı günü əməliyyat olunacaq.

Qeyd edək ki, Baskoniya təmsilçisinin öz yetirməsi olan müdafiəçi bu mövsüm ümumilikdə 17 matça çıxıb və 2 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR