Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən yeddi jurnalist həbsdən azad edilib

Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən yeddi jurnalist həbsdən azad edilib
# 28 iyul 2017 20:24 (UTC +04:00)

Türkiyədə məhkəmə “Cumhuriyet” qəzetinin PKK ilə əlaqədə şübhəli bilinən yeddi jurnalistinin həbsdən azad edilməsinə dair qərar qəbul edib.

APA-nın “Daily Sabah”a istinadən verdiyi xəbərə görə, baş redaktor Murat Sabunçu, icraçı direktoru Akın Atalay da daxil olmaqla “Cumhuriyet” qəzetinin 17 əməkdaşı barəsində məhkəmə prosesi bazar ertəsi İstanbulda başlayıb.

Onlardan 11 nəfər noyabrda məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir. Hazırda 11 müttəhim həbsdədir, daha 6 nəfər barəsində isə ölkəni tərk etməmək qətimkan tədbiri seçilib. Sabiq baş redaktor Can Dündar da daxil olmaqla nəşrin iki əməkdaşı barəsində axtarış elan edilib. Qeyd edək ki, İstanbul prokurorluğu müttəhimlər üçün 7,5 ildən 43 ilədək həbs cəzasının verilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR