BP: SOCAR-ın beynəlxalq bazarda fəaliyyətini dəstəkləməyə hazırıq

BP: SOCAR-ın beynəlxalq bazarda fəaliyyətini dəstəkləməyə hazırıq
# 16 noyabr 2017 09:51 (UTC +04:00)

"BP son 20 ildə Azərbaycanda 11 dəniz platformasında işləyib".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət Azərbaycanda dəniz və quruda bir sıra infrastruktur qurub və milyardlarla dollar gəlirin əldə edilməsində nail olub. Q. Cons bu gəlirlərin Azərbaycan iqtisadiyyatına dəstək verən amil olduğunu vurğulayıb.

"SOCAR artıq beynəlxalq səviyyədə şirkətə çevrilib. Hazırda SOCAR Rumıniya, Ukrayna, Albaniya və digər ölkələrdə aktiv fəaliyyət göstərir. SOCAR-ın beynəlxalq bazarda fəaliyyətini dəstək göstərməyə hazırıq", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR