Qanunsuz ovla məşğul olan şəxslər məsuliyyətə cəlb olunub

Qanunsuz ovla məşğul olan şəxslər məsuliyyətə cəlb olunub
# 17 yanvar 2018 08:39 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında qanunsuz ov, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın Xəzər, respublikanın Sumqayıt, Şəki, Cəlilabad, Biləsuvar, Ağcabədi, Qaradağ, Neftçala, Hacıqabul şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması), 590-cı (mülki silahın və döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) və 230-cu (heyvanlar aləmi obyektindən özbaşına istifadə edilməsi) maddələrinin tələblərini pozmuş 13 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 7 ədəd ov silahı götürülüb.

Xatırladaq ki, ümumilikdə, 2017-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmuş 126 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə tətbiq edilən cərimələrin məbləği 9850 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR