Füzulidə minik avtomobili yanıb

Füzulidə minik avtomobili yanıb
# 20 aprel 2017 05:56 (UTC +04:00)

Füzuli rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Araz Dilağarda kəndində vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR