Sosial sığorta ehtiyatından istifadə və sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydaları təsdiqlənib

Sosial sığorta ehtiyatından istifadə və sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydaları təsdiqlənib
# 12 sentyabr 2017 17:14 (UTC +04:00)

Prezident İlham Əliyev “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin, fərmandan irəli gələn digər məsələləri həll etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bəzi normativ hüquqi aktları bir ay müddətində təsdiq edib, onların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə prezidentə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR