Prezident İlham Əliyev Binə qəsəbəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev Binə qəsəbəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub - <span style="color: red;">YENİLƏNİB
# 26 dekabr 2016 10:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.

APA-nın məlumatına görə, dövlət başçısı Əli İsazadə küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib.

Yenidən qurulan bu küçə Heydər Əliyev prospekti - Hava Limanı - Mərdəkan avtomagistralındakı mövcud yol qovşağından istifadə etməklə Binə, Mərdəkan, Bilgəh, Qala, Pirallahı qəsəbələrinə və şəhərin mərkəzinə doğru əhalinin rahat gediş və gəlişini təmin etməyə imkan yaradacaq.

*** 10.25

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.

APA-nın məlumatına görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verib.

Dövlət başçısı küçənin rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR