SKMF Salyan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

SKMF Salyan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 20 dekabr 2016 06:35 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il dekabrın 16-da Salyan rayonunda işgüzar forum keçirib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış yaşıl marketin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq, soya əkini və istixana təsərrüfatlarının yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR