Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyi Cocuq Mərcanlı ilə bağlı layihə həyata keçirəcək

Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyi Cocuq Mərcanlı ilə bağlı layihə həyata keçirəcək
# 09 avqust 2017 15:37 (UTC +04:00)

Bu gün Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Gençin rəhbərlik etdiyi nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub, Komitənin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynovla görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti görüşdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar olaraq müzakirələr aparıb.

Görüşdə Dövlət Komitəsinin sədr müavini G. Fərhadov Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar görülən işlər barədə məlumat verib, türkiyəli iş adamlarının Cocuq Mərcanlıda müxtəlif layihələr həyata keçirmək təşəbbüsünü yüksək dəyərləndirib. Görüşdə nümayəndə heyətinin üzvləri bildiriblər ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək olub. Görüşdə qərara alınıb ki, bununla əlaqədar mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılsın və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli müzakirələr aparılsın.


Qeyd edək ki bu görüşdən əvvəl nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb və onların rəy və təkliflərini dinləyiblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR