Qubada iki gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb

Qubada iki gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb
# 27 iyul 2017 09:42 (UTC +04:00)

Qubada iki gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 25-də saat 12 radələrində Quba rayonunun İqriq kəndi ərazisində rayon sakini Malik Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Azər Rzaquliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada iyulun 26-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR