Bank Of Baku

Baş nazir kraliçanın dəfn mərasimində etdiyi israfçılıqda günahlandırılıb

Baş nazir kraliçanın dəfn mərasimində etdiyi israfçılıqda günahlandırılıb
# 05 mart 2023 16:00 (UTC +04:00)

Böyük Britaniya kraliçası II Yelizavetanın dəfn mərasimi zamanı baş nazir Castin Trüdonun Londona səfəri zamanı onun nümayəndə heyətinin həddindən artıq israfçılığı Kanada sakinlərini qəzəbləndirib.

APA xəbər verir ki, bu barədə CTV-nin məlumat verib.

Məlumata görə, yas mərasimlərinin iştirakçıları Böyük Britaniyanın paytaxtında olduqları bir neçə gün ərzində külli miqdarda pul xərcləməkdə təqsirli biliniblər.Qeyd edək ki, nümayəndə heyətinin tərkibi də qeyri-adi idi: onun tərkibinə siyasətçilərdən başqa, koreyalı kanadalı aktrisa Sandra O və 55 yaşlı üzgüçülük üzrə olimpiya çempionu Mark Tyuksberi də daxil idi.

Telekanalın jurnalistləri müəyyən ediblər ki, nümayəndə heyətinin üzvlərindən biri Londonda olarkən dəbdəbəli “Korintiya Londonda” gündəlik altı min dollara lüks otaq kirayələyib. Bütün nümayəndə heyətinin bu oteldə yerləşməsi Kanada büdcəsinə 357 min dollara başa gəlib. Başqa bir oteldə nümayəndə heyəti 40 min dollar xərcləyib ki, bu da Trüdonun başçılıq etdiyi nümayəndə heyətini müstəsna israfçılıqda ittiham etməyə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR