ABŞ prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar və Almaniya Ukrayna silahlı qüvvələrini silah və hərbi texnika ilə təmin etməklə “birlikdə” hərəkət edirlər.
APA-nın məlumatına görə, bu barədə o, Ağ Evdə Almaniya kansleri Olaf Şolzla görüşdə bildirib.
"Biz Ukraynaya zəruri hərbi yardım göstərmək üçün birgə hərəkət edirik", - Amerika lideri bildirib.