“ABŞ ordusu Kabil hava limanına nəzarəti ələ ala bilib”.
APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden ABC kanalına verdiyi müsahibədə deyib.
ABŞ lideri əlavə edib ki, hava limanında vəziyyəti nəzarətdə saxlamaq üçün daha da sürətlə hərəkət etməliyik: “Hava limanına tam nəzarət ediləcək şəkildə hərəkət etməliyik və bunu bacarırıq”.