Bank Of Baku

Bayden ABŞ-ın 1,7 trilyon dollarlıq büdcəsini təsdiqləyib

Bayden ABŞ-ın 1,7 trilyon dollarlıq büdcəsini təsdiqləyib
# 30 dekabr 2022 04:05 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden dekabrın 29-da Ukraynaya 44,9 milyard dollar təşkil edəcək yardım nəzərə alınmaqla 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq illik büdcəni təsdiqləyib.

Bu barədə APA Ağ Evə istinadən xəbər verir.

Qeyd edək ki, dekabrın 22-də ABŞ Senatı 2023-cü il üçün 1,7 trilyon dollar məbləğində federal büdcə layihəsini təsdiqləyib. Federal büdcə layihəsində ABŞ-ın müdafiə ehtiyacları üçün 858 milyard dollar, həmçinin Ukrayna və Vaşinqtonun NATO müttəfiqlərinə təxminən 45 milyard dollar yardım nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR