Bank Of Baku

Bayden: "Amerikalılar və ruslar bir-birinə atəş açsa, dünya müharibəsi başlayacaq"

Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden

© APA | Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden

# 11 fevral 2022 03:03 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Bayden NBC telekanalına müsahibəsində deyib.

Eyni zamanda, Ağ Evin rəhbəri xəbərdarlıq edib ki, ABŞ vətəndaşlarının təxliyəsi üçün Ukraynaya ABŞ qoşunları göndərilməyəcək.

Bayden Ukraynaya qoşun göndərməkdən imtina etməsini onunla izah edib ki, amerikalılar və ruslar bir-birinə atəş açsa, o zaman dünya müharibəsi başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR