Bank Of Baku

Bayden dünya ictimaiyyətinə növbəti pandemiya barədə xəbərdarlıq edib

Bayden dünya ictimaiyyətinə növbəti pandemiya barədə xəbərdarlıq edib
# 15 dekabr 2022 04:25 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin daha bir pandemiya ilə üzləşəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitində çıxışı zamanı deyib.

“COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa davam edirik.

Bizi gözləyən yeni pandemiya ilə bağlı üzləşməmək üçün universal tibbi sahədə səylərimizi gücləndiririk. Bu, şübhəsiz ki, olacaq”, - Amerika lideri vurğulayıb.

Bayden həmçinin qeyd edib ki, ABŞ 49 Afrika ölkəsinə 231 milyon doza vaksin tədarük edib.

Bundan əlavə, ABŞ Afrikanın öz peyvəndlərini istehsal etmək potensialına sərmayə qoyub.

Ağ Ev rəhbərinin sözlərinə görə, Afrikanın uğuru bütün bəşəriyyətin xilasına gətirib çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR