ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS-a etdiyi atəşkəs təklifi ilə bağlı hər iki tərəfdən cavab gözləyir.
APA xəbər verir ki, bu gün Co Baydenin İsrail və HƏMAS-a verdiyi atəşkəs təklifi ilə bağlı Ağ Evdən açıqlama gəlib.
Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan mətbuata açıqlamasında "HƏMAN bu razılığa "hə" desə, atəşkəs əldə olunacaq, girovlar evlərinə qayıdacaq, humanitar yardımlar artacaq və Fələstin xalqı üçün daha yaxşı günlər başlayacaq", - deyə bildirib.
Sullivan hələlik HƏMAS-dan rəsmi cavab almadıqlarını söyləyib: "Cavab gözləyirik. Vasitəçilər Qətər və Misirdən də xəbər gözləyirik”.
Qətərin paytaxtı Dohada olan HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə isə qəti cavab verərək təslim olmayacaqlarını deyib: "Xalqımız təslim olmayacaq, müqavimətimiz bu qatil düşmənə qarşı haqqımızı müdafiə etmək naminə davam edəcək”.