Bayden İsraili insan tələfatının qarşısını almaq üçün daha diqqətli olmağa çağırıb

Bayden İsraili insan tələfatının qarşısını almaq üçün daha diqqətli olmağa çağırıb
# 04 oktyabr 2024 23:26 (UTC +04:00)

İsrail mülki itkilərin qarşısını almaq üçün hərbi əməliyyatlar apararkən daha diqqətli davranmalıdır.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden oktyabrın 4-də Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, İsrailin İranın, “Hizbullah”ın və Yəməndəki “Ənsar Allah” hərəkatının hücumlarına cavab vermək hüququ var.

"Ancaq onlar mülki itkilərin qarşısını almaq üçün daha diqqətli olmalıdırlar", - deyə Bayden bildirib.

O, həmçinin bildirib ki, İsrail hələ İrana cavab zərbəsi endirmək barədə qərar verməyib.

“İsrail İranın hərəkətlərinə cavab olaraq nə edəcəyinə hələ qərar verməyib, bu müzakirə olunur. Mən onların yerində olsaydım, neft yataqlarına hücumdan başqa alternativlər haqqında düşünərdim”, - deyə o bildirib.

Qeyd edək ki, mətbuat konfransı Ağ Evin “YouTube” kanalında yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR