ABŞ prezidenti Co Bayden Mastercard Inc-in keçmiş baş icraçı direktoru Ajay Banqanın Dünya Bankının prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.
"APA-Economics" xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yer alıb.
Bildirilib ki, Dünya Bankının ən böyük səhmdarı kimi ABŞ adətən qurumun liderini seçir. Bu vəzifə Senatın təsdiqini tələb etmir, baxmayaraq ki, bankın idarə heyəti cənab Banqanı rəsmi olaraq təyin etməlidir.
Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurası fevralın 15-də Malpassın iyunun 30-dək vəzifəsini tərk edəcəyini elan etdikdən sonra bankın yeni prezidentinin seçilməsi prosesinə hazırlıqları fevralın 22-də müzakirə edib. Bu vəzifəyə namizədlər fevralın 23-dən martın 29-dək olan müddətdə şuranın icraçı direktorları tərəfindən irəli sürülməlidir. Namizədlər bankda iştirak edən ölkələrin vətəndaşları olmalıdırlar.