ABŞ Prezidenti Co Bayden çərşənbə günü keçmiş dövlət başçısı Barak Obamanı (2009-2017) 60 yaşı münasibətilə təbrik edib.
"Doğum günün mübarək, Barak Obama. Səni qardaş və dost adlandırmaqdan qürur duyuram. Və bu ölkəyə sədaqətli xidmətinə görə minnətdaram", - Bayden Twitter -də yazıb.
ABŞ lideri təbrikə Obama ilə çəkdirdiyi şəkil sə əlavə edib.
Qeyd edək ki, Obama administrasiyasında Bayden vitse -prezident vəzifəsində çalışıb.