ABŞ Prezidenti Co Bayden bildirib ki, Qəzzada atəşkəslə bağlı razılaşma İranı HAMAS liderinin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücumlardan çəkinməyə vadar edə bilər.
APA xəbər verir ki, Bayden jurnalistlərin İsrail və HAMAS arasında atəşkəsin İranın hücumunun qarşısını ala biləcəyi ilə bağlı sualına “bu mənim gözləntimdir" deyə cavab verib.