Milad bayramı günlərində pis hava şəraitində reysləri kütləvi şəkildə ləğv edən ABŞ aviaşirkətləri bu hərəkətlərinə görə istehlakçılar qarşısında cavab verməlidirlər.
APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Co Bayden “Twitter” səhifəsində yazıb.
Dövlət başçısı Milad bayramı günlərində ölkə üzrə minlərlə aviareysin təxirə salınmasına diqqət çəkib. O bildirib ki, Birləşmiş Ştatlar administrasiyası "hava yollarının buna görə məsuliyyət daşıması üçün çalışır".
Bayden həmçinin uçuşların kütləvi şəkildə ləğv edilməsindən əziyyət çəkən vətəndaşlara hava daşıyıcılarından təzminat almaq hüququnun olub-olmadığını yoxlamaq üçün ABŞ Nəqliyyat Departamentinin qeydlərini oxumağı xahiş edib.