Bank Of Baku

Bayden Rusiya ilə son əsir mübadiləsini tarixin ən mürəkkəb əsir dəyişdirmələrindən biri adlandırıb

Co Bayden

© APA | Co Bayden

# 20 avqust 2024 08:59 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden bu il avqustun əvvəlində Rusiya ilə Birləşmiş Ştatlar arasında əsir mübadiləsini dünya tarixində ən mürəkkəb əsir dəyişdirilmələrindən biri olduğunu deyib.

APA xəbər verir ki, cənab Bayden ABŞ Demokratlar Partiyasının milli qurultayında çıxışında bunun üçün 24 saat iş aparıldığını bildirib.

“Rusiyada qanunsuz həbs olunmuş ABŞ və digər ölkə vətəndaşlarının evlərinə qaytarılması üçün gecə-gündüz iş aparıldı. Bu, tarixdə ən mürəkkəb əsir mübadilələrindən biri idi. İndi onlar evlərindədir”, - deyə ABŞ lideri vurğulayıb.

Qeyd edək ki, ABŞ və Rusiya arasında əsir mübadiləsi bu il avqustun 1-də Ankara aeroportunda baş tutub.

Rusiya Qərb ölkələrinə 16 nəfəri təhvil verib, əvəzində 8 nəfər Rusiyaya qaytarılıb. Onların arasında uşaqlar da olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR