Bank Of Baku

Bayden Rusiya qırıcısının ABŞ dronu ilə toqquşması barədə məlumatlandırılıb

Bayden Rusiya qırıcısının ABŞ dronu ilə toqquşması barədə məlumatlandırılıb
# 14 mart 2023 21:49 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Qara dəniz üzərində Rusiya qırıcısının Amerikanın pilotsuz uçuş aparatı (PUA) ilə toqquşması barədə məlumatlandırılıb.

APA xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi əlavə edib ki, Rusiya qırıcıları daha əvvəl də Qara dəniz üzərində ABŞ təyyarələrinə müdaxilə edib.

Eyni zamanda, o bildirib ki, bu, təhlükəli və qeyri-peşəkarlıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR