Bank Of Baku

Bayden silahlı hücumları ABŞ-ın “epidemiyası” adlandırıb

Bayden silahlı hücumları ABŞ-ın “epidemiyası” adlandırıb
# 18 fevral 2023 08:51 (UTC +04:00)

Amerika Prezidenti Co Bayden ABŞ-da tez-tez baş verən silahlı zorakılıq və hücumları “epidemiya” adlandırıb.

APA xəbər verir ki, ABŞ Prezidenti Konqresi bu kimi hallara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.

Bayden qeyd edib ki, 2023-cü ilin əvvəlindən bəri Birləşmiş Ştatlarda azı 73 kütləvi silahlı atışma hadisəsi baş verib. “Düşüncələr və dualar kifayət deyil. Silah zorakılığı “epidemiya”dır və Konqres hərəkətə keçməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 17-də ABŞ-ın Missisipi ştatında silahlı atışma olub. Nəticədə azı 6 nəfər ölüb. Polis şübhəli şəxsi saxlayıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR